"Mançester Yunayted"dən əzmkar qələbə - VİDEO

Xəbərlər
20 Sentyabr 2025 22:53
198
"Mançester Yunayted"dən əzmkar qələbə  - VİDEO

İngiltərə Premyer Liqasında 5-ci turun qarşılaşmaları keçirilir.

İdman.biz bildirir ki, dördüncü yerin sahibi “Çelsi” çempionata uğursuz başlamış “Mançester Yunayted”lə güclərini sınaylblar.

Mançesterdə keçirilən oyunda 5-ci dəqiqədə Sançesin meydandan çıxarılması ilə "Çelsi" azlıqda qalıb.

Görüşdə hesabı 14-cü dəqiqədə Fernandeş açıb - 1:0.

37-ci dəqiqədə Kazemiro hesab arasındakı fərqi artırıb - 2:0. 45+5-ci dəqiqədə ikinci qolun müəllifi də qırmızı kart görərək, meydançanı tərk edib.

İlk hissə 2:0 hesabı ilə bitib.

İkinci hissədə 80-ci dəqiqədə Çaloba hesab arasındakı fərqi azaldıb - 2:1.

Qarşılaşma bu hesabla bitib. Bu qələbəylə "Mançester Yunayted" 7 xal toplayaraq turnir cədvəlində 9-cu yerə yüksəlib.

İdman.biz