"Neymar" zədə səbəbindən növbəti oyuna çıxmayacaq

Xəbərlər
19 Sentyabr 2025 22:34
48
"Neymar" zədə səbəbindən növbəti oyuna çıxmayacaq

"Santos"un 33 yaşlı hücumçusu Neymarın səhhətində problemlər yaranıb, bu səbəbdən o məşqə çıxmayıb və "San-Paulu" ilə sabah keçiriləcək oyunu buraxmaq riski var.

İdman.biz bu barədə "Globo"ya istinadən bildirir.

Məlumata görə, Neymar ciddi zədə alıb. "Santos" klubu futbolçunun durumu ilə bağlı bədbindir. Klub ümid edir ki, daha ətraflı müayinə 33 yaşlı futbolçunun zədəsinin ciddi olmadığını ortaya çıxaracaq.

Neymar 2025-ci ildə iki dəfə zədə alıb. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir. Transfermarkt portalında yer alan məlumata görə, onun bazar dəyəri 11 milyon avrodur.

İdman.biz

Məqalədə: