Bu gün Avropa liqalarında bir neçə oyun keçirilib.
İdman.biz xəbər verir ki, İtaliya A seriyasında "Verona" "Kremoneze"ni qəbul edib.
Turnirə itkisiz başlamış "Kremoneze" bu turda ilk dəfə olaraq meydançadan qələbə ilə ayrıla bilməyib - 0:0. Bu nəticədən sonra A seriyasının debütantı turnir cədvəlində üçüncü yerə düşüb. "Verona" 2 xalla 16-cıdır.
A seriyasında digər oyun "Komo" və "Cenoa" arasında olub. Görüşün 13-cü dəqiqəsində meydan sahiblərindən Pas hesabı açıb - 1:0. 90+2-də Ekuban tarazlığı və oyunun nəticəsini müəyyən edib - 1:1. "Komo" hazırda 4 xalla çempionatda 9-cu yeri tutur. "Cenoa" isə 2 xalla 15-cidir..
İspaniya La Liqasında "Espanyol" "Malyorka"nı qəbul edib. Oyun 3:2 "Espanyol"un qələbəsi ilə qurtarıb. Hesabı 20-ci dəqiqədə Milya açıb. 34-cü dəqiqədə Fernandes hesab arasındakı fərqi artırıb. 45-ci dəqiqədə Muriki qollardan birinin əvəzini çıxıb - 2:1. Birinci hissə belə bitib.
İkinci hissədə Muriki 66-cı dəqiqədə hesabı bərabərləşdirib. 81-ci dəqiqədə Kike oyunda son nöqtəni qoyub - 3:2. "Espanyol" bu qələbədən sonra 10 xalla üçüncü yerdədir. "Malyorka" isə 1 xalla sondan əvvəlki yerdə qərarlaşıb.
Türkiyə Suoerliqasında isə autsayder "Gənclərbirliyi" "Rizəspor"un qonağı olub. Emrecan Bulutun (0+3-cü dəqiqədə vurduğu qol meydan sahiblərinə qələbə gətirib. Beləliklə, "Gənclərbirliyi" keçirdiyi 5 oyunun 5-də də mğlub olaraq sonuncu yerdədir. "Rizəspor" 4 xalla 11-ci yerdə qərarlaşıb.
İdman.biz