“Real Madrid” yanvar transfer pəncərəsində mümkün keçid üçün “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynu haqqında məlumat istəyib.
İdman.biz bildirir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Ekrem Konur məlumat verib.
Mənbənin sözlərinə görə, təklif uyğun olarsa, Maynu dərhal İspaniya klubuna keçməyə hazırdır. Qeyd edilir ki, “Mançester Yunayted” futbolçunu 80 milyon avro dəyərində qiymətləndirir və onu asanlıqla satmaq fikrində deyil. "Napoli", "Bavariya" və "Lion"un da vəziyyəti izlədiyi bildirilir.
Kobbi Maynu ”Mançester Yunayted” akademiyasının yetirməsidir. 20 yaşlı futbolçu əsas komandada keçirdiyi 74 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
İdman.biz