Konte “Mançester Yunayted”in oyunçularının “Napoli”yə uğur gətirdiklərinə əmindir

Xəbərlər
15 Sentyabr 2025 23:35
38
Konte “Mançester Yunayted”in oyunçularının “Napoli”yə uğur gətirdiklərinə əmindir

"Napoli"nin baş məşqçisi Antonio Konte “Fiorentina” ilə A Seriyasının üçüncü turunda ilk qolu vurmuş hücumçu Rasmus Hoylund barədə danışıb.

Idman.biz xəbər verir ki, oyun 3:1 “Napoli”nin qələbəsi ilə bitib.

"Hoylundun cəmi 22 yaşı var. Biz onu "Mançester Yunayted"dən gətirdik və bu, Maktominey kimi bizə uğur gətirdi. Biz onun keyfiyyətlərini bilirdik, Rasmusun böyük potensialı var və o, təkmilləşə bilər. Aydındır ki, Hoylundun böyük perspektivləri var.

Uzun müddətə sıradan çıxmış Romelunu (Lukaku) əvəzləmək üçün Hoylundla müqavilə bağladıq. "Napoli" matça nəzrət edirdi. Bizə topu saxlaya bilən oyunçu lazımdır - bu, oyunlarda üstünlük əldə etmək istəyən bütün komandalar üçün vacibdir”, - "Goal" Kontenin sözlərindən sitat gətirir.

“Napoli” son transfer pəncərəsində “Mançester Yunayted”dən Hoylundu icarəyə götürüb. 2024-cü ilin yayında İtaliya klubu mankunianlılardan 2024/2025 mövsümündə A Seriyasının ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçi Skott Maktomineyi alıb. Həmin mövsüm “Napoli” İtaliya çempionu olub.

"Napoli" UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibidir. Komanadalar noyabrın 25-də İtaliyada qarşılaşacaqlar.

İdman.biz