Norveç millisi 19 il əvvəlki rekordu yeniləyib

Xəbərlər
10 Sentyabr 2025 20:14
33
Norveç millisi 19 il əvvəlki rekordu yeniləyib

Norveç milli futbol komandası 1996-cı ildən dünya çempionatının seçmə mərhələsində 11 qol vuran ilk Avropa komandasıdır. Bu barədə İdman.biz statistika üzrə ixtisaslaşan Opta portalına istinadən xəbər verir.

Xatırladaq ki, sentyabrın 9-da norveçlilər DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə Moldovanı 11:1 hesabı ilə darmadağın ediblər.

Sonuncu dəfə Şimali Makedoniya 1996-cı ildə Lixtenşteynə qarşı dünya çempionatının seçmə mərhələsində 11 qol vurub. Həmin görüş də 11:1 hesabı ilə başa çatıb.

Son oyundan sonra I seçmə qrupunun turnir cədvəlinə Norveç 15 xalla başçılıq edir, Moldova isə xalsız cədvəlin sonuncu pilləsindədir.

Növbəti seçmə matçında Norveç oktyabrın 11-də İsraili qəbul edəcək, Moldova isə oktyabrın 9-da səfərdə Rumıniya ilə yoldaşlıq görüşü keçirəcək.

İdman.biz