Braziliya millisinin hücumçusu Rafinya DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Boliviya millisi ilə oyundan sonra oyundakı çətin oyun şəraitindən şikayətlənib.
İdman.biz bildirir ki, oyun 1:0 hesabı ilə Boliviyanın qələbəsi ilə bitib.
"Qələbə qazanmaq üçün 4000 metr hündürlükdə oynamaq komandalar üçün zərərlidir. Və belə bərabər səviyyəli oyunda hakim penalti təyin etdi. Düşünürəm ki, bu, bizim üçün oyunu daha da çətinləşdirdi", - hücumçu deyib.
Qeyd edək ki, Braziliya millisi CONMEBOL-un seçmə mərhələ üzrə cədvəlində beşinci yeri (28 xal) tutaraq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Boliviya qələbə sayəsində Venesuelanı qabaqlayıb və 20 xalla yeddinci yeri tutub ki, bu da onlara dünya çempionatının qitələrarası pley-off mərhələsində oynamaq imkanı verir.
İdman.biz