Fransalı hücumçu "Yuventus"da - PSJ razılaşıb

Xəbərlər
28 Avqust 2025 00:39
29
Fransalı hücumçu "Yuventus"da - PSJ razılaşıb

PSJ-nin hücumçusu Randal Kolo-Muani karyeasını yenidən "Yuventus"da davam etdirəcək.

İdman.biz xəbər verir ki, klublar arasında razılıq əldə olunub.

Fransalı hücumçu 5 milyon avro qarşılığında icarəyə verilib. Müqaviləyə əsasən, "Yuventus" mövsümün sonunda 55 milyon avroya Randalı transfer etmək məcburiyyətində olacaq.

Qeyd edək ki, Kolo-Muani ötən mövsümün ikinci hissəsindən etibarən Turin klubunda oynayıb. O, A Seriyasında 16 oyunda 8 qolla yadda qalıb.

İdman.biz