"Vulverhempton"a 60 milyonluq təklif

Xəbərlər
27 Avqust 2025 21:21
27
"Vulverhempton"a 60 milyonluq təklif

"Nyukasl" Yorgen Strand Larsenin transferindən vaz keçmək niyyətində deyil.

İdman.biz xəbər verir ki, bununla bağlı "Vulverhempton"a üçüncü təklif edilib.

"Sağsağanlar" 25 yaşlı hücumçunun transferi üçün 60 milyon funt ödəməyə hazırdırlar. Bir neçə gün əvvəl "canavarlar" 50 və 55 milyonluq ilkin təkliflərdən imtina ediblər. "Vulverhempton"un Larseni satmaq niyyətində olmadığı xəbərləri yayılıb.

Qeyd edək ki, norveçli futbolçu Premyer Liqanın ilk iki turunda fərqlənə bilməyib. Əvəzində Yorgen Strand dünən "Vest Hem"lə (3:2) kubok matçında dubl edib.

İdman.biz