"Mançester Yunayted" İngiltərə kubokunun 2-ci mərhələsində mübarizəni dayandırıb.
İdman.biz xəbər verir ki, "qırmızı şeytanlar" 4-cü Liqa təmsilçisinə uduzublar.
"Qrimsbi" ilə qarşılaşmada "Mançester Yunayted" 0:2 hesabı ilə məğlub olsa da, fasilədən sonra oyunda dönüş yarada bilib. Görüş 2:2 hesabı ilə bitib və qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan "Qrimsbi" güclü rəqibini mübarizədən kənarlaşdırıb - 12:11.
Qeyd edək ki, Ruben Amorimin komandası Premyer Liqaya da uğursuz start verib. Komanda keçirilən iki oyunda bir dəfə uduzub, bir dəfə heç-heçə oynayıb.
İdman.biz