"Çelsi"dən "Borussiya"ya

Xəbərlər
26 Avqust 2025 19:25
39
"Çelsi"dən "Borussiya"ya

Dortmund "Borussiya"sı növbəti transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, "sarı-qaralar" "Çelsi"dən Karni Çukvuemekanı heyətinə qatıb.

Transferin dəyəri 24 milyon funt-sterlinq təşkil edir. "Borussiya" İngiltərə U-21 millisinin üzvü ilə 2030-cu ilin yayına kimi müqavilə imzalayıb.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısında icarə əsasında "Borussiya"nın şərəfini qoruyub. Karni meydana çıxdığı 17 rəsmi matçda 1 qolla yadda qalıb.

İdman.biz