"Sevilya"dan ardıcıl ikinci məğlubiyyət

Xəbərlər
26 Avqust 2025 01:37
37
"Sevilya"dan ardıcıl ikinci məğlubiyyət

İspaniya La Liqasında ikinci tura yekun vurulub.

İdman.biz xəbər verir ki, Bilbao "Atletik"i öz meydanında qələbə qazanıb.

Bilbaolulara üç xal qazanmaq üçün bir qol kifayət edib. "Sevilya" ilk turda olduğu kimi yenə uduzub. Sevilyalılar bu dəfə doğma azarkeşlər qarşısında "Xetafe"yə 1:2 hesabı ilə məğlub olublar.

İspaniya La Liqası
2-ci tur

21:30. Atletik B - Rayo Valekano - 1:0
23:30. Sevilya - Xetafe - 1:2

İdman.biz