Çempiondan qələbə, "Milan"dan öz meydanında uğursuz start - VİDEO

24 Avqust 2025 00:45
202
Çempiondan qələbə, "Milan"dan öz meydanında uğursuz start - VİDEO

İtaliya A Seiyasında 2025/2026 mövsümünə start verilib.

İdman.biz xəbər verir ki, son çempion ilk turda qələbə qazanıb.

"Napoli" səfərdə "Sassuolo"ya qalib gəlib. Komandanın qollarını Skott Maktominay və Kevin de Bruyen vurublar.

"Milan" isə mövsümə uğursuz start verib. "Rossoneyerilər" öz meydanlarında "Kremenoze"yə 1:2 hesabı ilə uduzublar.

İtaliya A Seriyası
1-ci tur
23 avqust

20:30. Cenoa - Leççe - 0:0
20:30. Sassuolo - Napoli - 0:2
22:45. Milan - Kremoneze - 1:2
22:45. Roma - Bolonya - 1:0

İdman.biz