Lo Selsonun qolu "Betis"ə kifayət edib

Xəbərlər
23 Avqust 2025 01:31
28
Lo Selsonun qolu "Betis"ə kifayət edib

İspaniya La Liqasında 2-ci tur bir oyunla start götürüb.

İdman.biz xəbər verir ki, "Betis" və "Alaves" Sevilyada qarşılaşıblar.

Bərabər mübarizə şəraitində keçirilən matçda qapılara cəmi bir qol vurulub. "Betis"in argentinalı yarımmüdafiəçisi Giovani Lo Selso 16-cı dəqiqədə hesabı açıb. Meydan sahibləri 1:0 hesabını sonadək qoruyublar.

İspaniya La Liqası
2-ci tur
22 avqust

23:30. "Betis" - "Alaves" - 1:0

İdman.biz