Belçikalı futbolçu Leandro Trossard bu yay “Arsenal”ı tərk etmək arzusundadır.
İdman.biz xəbər verir ki, bu barədə futbolçu özü İngiltərə mətbuatına müsahibəsində deyib.
30 yaşlı cinah hücumçusunun "topçular"la müqaviləsi 2026-cı ilin yayında bitəcək. O, sərfəli təklif olacağı təqdirdə komandadan getməyin əleyhinə deyil.
Qeyd edək ki, 2023-cü ildən “Arsenal”da Leandro 124 oyunda 28 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz