"Traktor" İran Superkubokunu qazanıb

Xəbərlər
11 Avqust 2025 22:16
49
"Traktor" İran Superkubokunu qazanıb

Futbol üzrə İran Superkubokunun qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, final matçında çempion "Traktor"la kubokun qalibi "İstiqlal" üz-üzə gəlib.

İsfahandakı "Nəqş-e Cahan" stadionunda keçirilən görüş Təbriz klubunun qələbəsi ilə başa çatıb. "Traktor" məğlub duruma düşsə də, son dəqiqələrdə əzmkarlıq göstərərək, geridönüş edə bilib. 87-ci və 90+2-ci dəqiqələrdə fərqlənən komanda 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 2024/2025 mövsümündə ilk dəfə İran çempionu olan "Traktor" tarixində ilk Superkuboka yiyələnib.

İdman.biz