"Mançester Yunayted" Şeşko transferini bitirib - 85 milyon avroya - VİDEO

Xəbərlər
7 Avqust 2025 18:32
45
"Mançester Yunayted" Şeşko transferini bitirib - 85 milyon avroya - VİDEO

"Mançester Yunayted" Benyamin Şeşkonun transferi ilə bağlı "Leypsiq"lə ortaq məxrəcə gələ bilib.

İdman.biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Tramsferin dəyəri 76,5 milyon avrodur. "Leypsiq" daha 8,5 milyon avro bonus şəklindən qazanc əldə edəcək. Dünən "qırmızı şeytanlar"ın sloveniyalı futbolçu ilə 5 illik müqavilənin detallarını razılaşdırdığı xəbərləri yayılmışdı.

Qeyd edək ki, Şeşko İngiltərənin digər təmsilçisi "Nyukasl"ın da maraq dairəsində idi. Komanda 82,5+2,5 milyon təklif versə də, forvard "Mançester Yunayted"i seçib.

İdman.biz