Amrabat yenidən İtaliyada oynaya bilər

Xəbərlər
25 İyul 2025 23:39
42
Amrabat yenidən İtaliyada oynaya bilər

Sofyan Amrabat karyerasını karyerasını İtaliyada davam etdirə bilər.

İdman.biz xəbər verir ki, "Fənərbaxça"nın futbolçusu "Yuventus"un maraq dairəsinə düşüb.

Türkiyə mətbuatı mərakeşli oyunçunun 15 milyon avro qarşılığın transfer olunacağını yazıb. 28 yaşlı yarımmüdafiəçi ötən mövsümdə "Fiorentin"dan transfer olunmuşdu. Onun yenidən A Seriyasında çıxış etmək şansı yaranıb.

Qeyd edək ki, Amrabat 2024/2025 mövsümündə bütün turnirlərdə 39 oyunda iki qolla yadda qalıb.

İdman.biz