"Mançester Yunayted" İngiltərə yığmasının hücumçusu ilə maraqlanır

Xəbərlər
24 İyul 2025 23:42
45
"Mançester Yunayted" İngiltərə yığmasının hücumçusu ilə maraqlanır

"Mançester Yunayted" İngiltərə yığmasının hücumçusu Olli Uotkinsi transfer etmək istəyir.

İdman.biz xəbər verir ki, "Aston Villa" bu keçid üçüm 69 milyon avro tələb edir.

Birmingem təmsilçisi Uotkinslə vidalaşmaq niyyətində deyil. Komanda onu əvəzedici tapdıqdan sonra transferə yaşıl işıq yandıracaq. "Mançester Yuneyted" bu sövdələşməyə Alexandro Qarnaçonu da əlavə edə bilər.

Qeyd edək ki, Olli ötən mövsümdə meydana çıxdığı 54 oyunda 17 qol və 14 ötürmə ilə yadda qalıb.

İdman.biz