Azərbaycanlı futbolçudan uğurlu debüt - VİDEO

Xəbərlər
26 İyul 2025 01:40
53
Azərbaycanlı futbolçudan uğurlu debüt - VİDEO

Azərbaycanlı futbolçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında uğurlu debüt edib.

İdman.biz xəbər verir ki, onun komandası “Ozgon” səfərdə Bişkekin “Asiagoal” klubunun qonağı olub.

14-cü tur çərçivəsində keçirilən matç Orxan qol hesabını açı. Oyun Əliyevin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda "Ozgon" turnir cədvəlində 19 xalla 6-cı yerdə qərarlaşıb.

İdman.biz