"Valensiya"dan "Arsenal"a - VİDEO

Xəbərlər
24 İyul 2025 21:09
78
"Valensiya"dan "Arsenal"a - VİDEO

Kristian Moskera karyerasını İngiltərədə davam etdirəcək.

İdman.biz xəbər verir ki, o, "Valensiya"dan "Arsenal"a transfer olunub.

London klubunundan verilən məlumata görə, 21 yaşlı müdafiəçi ilə uzun müddətli müqavilə imzalanıb. Bu keçid "Arsenal"a 15+5 milyon avroya başa gəlib.

Qeyd edək ki, Moskera ötən mövsümdə La Liqada 37 matçda bir qolla yadda qalıb.

İdman.biz