Kriştiano Ronaldo İspaniya klubuna qarşı oynayacaq

Xəbərlər
27 İyul 2025 13:25
30
Kriştiano Ronaldo İspaniya klubuna qarşı oynayacaq

"Əl-Nasr" avqustun 10-da İspaniyanın "Almeriya" klubu ilə yoldaşlıq matçı keçirəcək.

İdman.biz xəbər verir ki, qarşılaşmada ərəb klubunun hücumçusu və kapitanı Kriştiano Ronaldo da oynayacaq.

Portuqaliyalı futbolçu eyniadlı şəhərin komandası ilə 5-ci dəfə üz-üzə gələcək. Əvvəlki matçlarda "Real"ın heyətində Ronaldo "Almeriya"ya 4 qol vurub.

Ümumilikdə, Madrid təmsilçisinin sabiq forvardı İspaniya çempionatında 292 oyunda 311 dəfə fərqlənib.

Qeyd edək ki, "Əl-Nəsr" mövsümöncəsi hazırlıq çərçivəsində - iyulun 30-da Fransanın “Tuluza" klubu ilə qarşılaşacaq.

İdman.biz