Rodriqo "Real"ı tərk etmək istəmir

Xəbərlər
22 İyul 2025 22:16
37
Rodriqo "Real"ı tərk etmək istəmir

Braziliyalı futbolçu Rodriqo "Real"ı tərk etməkdən vaz keçib.

İdman.biz xəbər verir ki, o, İngiltərə klublarının maraq dairəsinə düşüb.

"Arsenal" və "Liverpul" 24 yaşlı hücumçunu transfer siyahısına daxil edib. Sadəcə, Madrid klubunun Rodriqonu 100 milyondan aşağı qiymətə satmayacağını elan etməsi, onları çətin vəziyyətdə qoyub. Avqustun 4-də komandaya qoşulacaq futbolçu yeni baş məşqçi Xabi Alonsonun etimadını qazanmaq arzusundadır.

Qeyd edək ki, Rodriqo son mövsümdə 54 matçda 14 qolla yadda qalıb.

İdman.biz