"Qalatasaray"ın maraqlandığı qapıçı "Bornmut"da

Xəbərlər
16 İyul 2025 19:59
52
"Qalatasaray"ın maraqlandığı qapıçı "Bornmut"da

"Çelsi"nin qapıçısı Corce Pertroviç karyerasını "Bornmut"da davam etdirəcək.

İdman.biz xəbər verir ki, serbiyalı qapıçı ilə 5 illi müqavilə imzalanıb.

"Qalatasaray"ın da yaxından maraqlandığı Petkoviç İngiltərə Premyer Liqasında qalmaq qərarına gəlib. Ötən mövsümü icarə əsasında "Strasbuq"da keçirən 25 yaşlı qapıçı Fransa Liqa 1-in ən yaxşı qapıçısı seçilib.

Qeyd edək ki, 2023-cü ildə "Çelsi"yə keçən Corce ilk mövsümdə Premyer Liqada 23 oyunda komandanın qapısını qoruyub.

İdman.biz