"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala uğurlu əməliyyat keçirib.
İdman.biz xəbər verir ki, onun klublararası dünya çempionatında qıçındakı incik sümüyu sınıb.
Turnirin 1/4 finalında PSJ-nin (0:2) qapıçısı Canluici Donnarumma ilə toqquşmadan sonra ağır zədə alan 22 yaşlı yarımmüdafiəçi meydanı xərəkdə tərk edib. Klubdan verilən açıqlamada Musialanın yaxın vaxtlarda bərpa prosesi keçəcəyi açıqlanıb.
Qeyd edək ki, Camalın təxminən 4-5 aydan sonra yaşıl sahələrə dönə biləcəyi gözlənilir.
İdman.biz