"İnter"in hücumçusu ingilislərin hədəfində

Xəbərlər
25 İyun 2025 01:40
28
"İnter"in hücumçusu ingilislərin hədəfində

"İnter"in hücumçusu Mehdi Taremi İngiltərədən təkliflər alıb.

İdman.biz xəbər verir ki, "Nottingem Forest" və "Fulhem" onunla maraqlanır.

İranlı forvard "Beşiktaş"ın da transfer hədəfinə düşüb. Amma ingilis təmsilçiləri Taremi ilə bağlı "İnter"lə ilkin danışıqlar aparıblar. Hələlik, tərəflər arasında yekun qərar verilməyib.

Qeyd edək ki, 32 yaşlı futbolçu ötən mövsümdə bütün turnirlər 43 oyunda 9 qol vurub və 3 ötürmə verib.

İdman.biz