Rusiyanın ÇSKA klubunu isveçrəli Fabio Çelestini çalışdıracaq.
İdman.biz xəbər verir ki, Moskva təmsilçisi təyinatlı bağlı rəsmi açıqlama yayıb.
49 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Çelestini İsveçrə çempionatının son mövsümümdə "Bazel"ə ölkə çempionu və kuboku titullarını qazandırıb.
Qeyd ki, isveçrəli məşqçi əvvəllər "Syon", "Lütsern", "Luqano" və "Lozanna" kimi klublarda fəaliyyət göstərib.
İdman.biz