İyunun 15-də start götürəcək klublararası dünya çempionatının favoritləri açıqlanıb.
İdman.biz xəbər verir ki, Optanın hesablamalarına görə, PSJ turniri qazanmağa əsas namizəddir.
Çempionlar Liqasının son qalibinin titul əldə etmək şansı 18,5 faizdir. Fransalılar "Mançester Siti" (17,8 %) və "Bavariya" (12,8 %) izləyib.
Qeyd edək ki, ilk 10-luqda qərarlaşan bütün klublar Avropanı təmsil edirlər.
KDÇ-2025-in favoritləri:
PSJ - 18,5 %
"Mançester Siti" - 17,8 %
"Bavariya" - 12,8 %
"İnter" - 12,3 %
"Real" - 9,8 %
"Çelsi" - 8,4 %
"Borussiya" D - 5,4 %
"Atletiko" - 5,1 %
"Yuventus" - 3,6 %
"Benfika" - 3,3 %
İdman.biz