Teo Ernandesin əvəzinə Aleksandr Zinçenko

Xəbərlər
13 İyun 2025 01:17
43
Teo Ernandesin əvəzinə Aleksandr Zinçenko

"Milan" komandanı tərk edəcək Teo Ernandesə əvəzedici axtarır.

İdman.biz xəbər verir ki, "rossoneyerilər" bu məqsədlə Aleksandr Zinçenko ilə maraqlanırlar.

"Arsenal"da oynayan ukraynalı müdafiəçinin komanda ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. Başa çatmış mövsümdə cəmi 23 oyunda meydana çıxan Aleksandr bir qol və bir ötürmə ilə fərqlənib. Heyətdəki yerini itirən 28 yaşlı futbolçu yeni variantları nəzərdən keçirir.

Qeyd edəək ki, Teo "Atletiko"nun hədəfinə düşüb. "Milan"ın onu 18-20 milyon avroya satması gözlənilir.

İdman.biz