"Yuventus" İqor Tudorla yeni müqavilə imzalayır

Xəbərlər
12 İyun 2025 00:12
36
"Yuventus" İqor Tudorla yeni müqavilə imzalayır

"Yuventus" baş məşqçi İqor Tudorla yeni müqavilə imzalayacaq.

İdman.biz xəbər verir ki, yeni razılaşmanın klublararası dünya çempionatına kimi təsdiqlənməsi gözlənilir.

Xorvatiyalı mütəxəssis bu ilin martın sonundan Turin klubuna rəhbərlik edir. "Qoca Sonyora" Tudorla 2027-ci il iyunun sonuna kimi müqavilə imzalayacaq.

Qeyd edək ki, 47 yaşlı məşqçinin başçılığı ilə "Yuventus" A Seriyasını 4-cü pillədə başa vurub. komanda klublararası dünya çempionatında "Mançester Siti", "Əl-Ayn" (BƏƏ) və "Vidad"la (Mərakeş) eyni qrupa mebarizə aparacaq.

İdman.biz