"Super Qızıl top" mükafatı təqdim olunacaq

Xəbərlər
11 İyun 2025 22:51
45
"Super Qızıl top" mükafatı təqdim olunacaq

"France Football" "Super Qızıl top" mükafatının növbəti dəfə təqdimatı ilə bağlı fikir mübadiləsi aparır.

İdman.biz xəbər verir ki, bu mükafat ilk və son dəfə 1989-cu ildə təqdim olunub.

Təsisçilər yenidən bu ideya ətrafında müzakirələr aparırlar. "Super Qızıl top"un müasir dövrün ən güclüsünü müəyyən etmək üçün 2029-cu ildə təqdim edilməsinin mümkünlüyü irəli sürülüb.

Qeyd edək ki, "Super Qızıl top" mükafatı ilk dəfə son 30 illiyin ən yaxşısını müəyyən etmək üçün 1989-cu il dekabrın 24-də təqdim olunub. Alfredo Di Stefano səsvermədə Yohan Kroyf və Mişel Platinin arxa qoyaraq, ona layiq görülüb.

İdman.biz