Memfis Depay Robin van Persiyə çatıb - VİDEO

Xəbərlər
11 İyun 2025 01:03
60
Memfis Depay  Robin van Persiyə çatıb - VİDEO

Niderlandlı hücumçu Memfis Depay yığmadakı qol sayında Robin van Persiyə çatıb.

İdman.biz xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Malta ilə görüşdə iki dəfə fərqlənib.

Nəticədə 31 yaşlı forvard millidəki qollarının sayını 50-yə çatdırıb. O, növbəti qol sayəsində yığmada mütləq rekordçu olacaq. Həm Depay, həm van Persi 50 qol həddinə 102 oyunda çatıb.

Suyahının 3-cü pilləsində qərarlaşan Klas-Yan Huntelar isə 76 matçda 42 dəfə fərqlənib.

Qeyd edək ki, "narıncılar" Maltanın qapısından 8 cavabsız top keçiriblər.

İdman.biz