“Mançester Yunayted”lə “Bornmut”un oyununda səkkiz qol vurulub - VİDEO

Xəbərlər
16 Dekabr 2025 02:16
70
“Mançester Yunayted”lə “Bornmut”un oyununda səkkiz qol vurulub - VİDEO

İngiltərə Premyer Liqasının 16-cı turunun son oyunu “Mançester Yunayted” və “Bornmut” arasında olub.

İdman.Biz bildirir ki, oyun Mançester şəhərindəki “Old Trafford” stadionunda baş tutub və 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunun ilk qolunu meydan sahiblərinin hücumçusu Amad Diallo 13-cü dəqiqədə vurub. Qonaqların hücumçusu Antuan Semenyo 40-cı dəqiqədə hesabı bərabərləşdirib. Birinci hissənin sonlarında yarımmüdafiəçi Kazemiro 45+4-cü dəqiqədə “Mançester Yunayted”i irəli çıxarıb. İkinci hissədə Evanilson 46-cı dəqiqədə hesabı bərabərləşdirib. Yarımmüdafiəçi Markus Tavernye 52-ci dəqiqədə “Bornmut”u irəli çıxarıb. “Qırmızı şeytanlar”dan Brunu Fernandeş 77-ci dəqiqədə, iki dəqiqə sonra isə Mateuş Kunya fərqləniblər. 84-cü dəqiqədə qonaqların hücumçusu Eli Krupi hesabı 4:4 edib.

16 oyundan sonra “Mançester Yunayted” 26 xalla Premyer Liqa turnir cədvəlində səkkizinci yerdədir. “Bornmut” 21 xalla 13-cü yerdədir.

İdman.Biz