“Fənərbağça” darmadağınla liderlər qrupunda möhkəmlənib - VİDEO

Xəbərlər
16 Dekabr 2025 01:07
63
“Fənərbağça” darmadağınla liderlər qrupunda möhkəmlənib - VİDEO

Türkiyə Superliqasının 16-cı turunda bir oyun keçirilib.

İdman.Biz bildirir ki, “Fənərbağça” “Konyaspor”u qəbul edib.

Oyun 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

Oyunda hesabı 28-ci dəqiqədə Anderson Talşka açıb. İki dəqiqədən sonra Mert Müldür komandasının ikinci qolunu vurub. 37-ci dəqiqədə Talişka ikinci dəfə fərqlənib. 87-ci dəqiqədə Marko Asensio matçda son qnöqtəni qoyub – 4:0.

“Fənərbağça” 16 oyundan sonra 36 xalla ikinci yerdədir. “Konyaspor” 16 xalla 12-ci pillədə qərarlaşıb.

İdman.Biz