“Roma”da Dibalanın klubdakı gələcəyi ilə bağlı şərh veriblər

Xəbərlər
16 Dekabr 2025 03:12
50
“Roma”da Dibalanın klubdakı gələcəyi ilə bağlı şərh veriblər

“Roma”nın idman direktoru Frederik Massara hücumçu Paulo Dibalanın klubdakı statusu ilə bağlı şərh verib.

İdman.Biz bildirir ki, bu mövsüm oyunçu klubun heyətində bütün yarışlarda 13 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

“Dibala “Roma”nın gələcəyinin bir hissəsi olacaqmı? Hazırda o, buradadır və biz buna çox sevinirik. Hazırda hamımız qarşıdakı matçlara, bu mövsümə diqqət yetiririk. Paulo həmişə kluba böyük sədaqət nümayiş etdirən çempiondur. O, hər matçda olduğu kimi, hər dəfə də bütün gücünü sərf etməyi düşünür”, - Massara DAZN-ə verdiyi müsahibədə bildirib.

İdman.Biz