"Barselona"dan ayrılan Kleman Lanqlenin yeni klubu məlum olub.
İdman.biz xəbər verir ki, fransalı müdafiəçi karyerasını "Atletiko"da davam etdirəcək.
Lanqle Madrid təmsilçisi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalayıb. O, "Barselona"dan əvvəl "Sevilya"nın şərəfini qoruyub.
Qeyd edək ki, 29 yaşlı futbolçu son mövsümü icarə əsasında "Atletiko"da keçirib.
İdman.biz