"Qarabağ"ın futbolçusu Toral Bayramov Belçikanın "Standart" klubunun maraq dairəsinə düşüb.
İdman.biz xəbər verir ki, bu barədə ölkənin Voetbalprimeur nəşri məlumat paylaşıb.
Yazıda 24 yaşlı futbolçunun "Standart"ın tələblərinə cavab verdiyi bildirilib. Toralın müdafiə ilə yanaşı yarımmüdafiədə oynaya bilməsi vurğulanıb. Bundan başqa onun yalnız sol cinah deyil, ehtiyac yaranarsa digər cinahda da çıxış edə bilməsi xüsusilə qabardılıb. 24 yaşlı futbolçunun "Qarabağ"ın heyətində 5 qat Azərbaycan çempionu olması və ölkənin əsas yığmasının üzvü olduğuna yer verilib.
Qeyd edək ki, Toral 2024/2025 mövsümündə bütün turnirlərdə 51 oyunda 9 qol və 11 ötümə ilə yadda qalıb. Onun "Qarabağ"la müqaviləsi gələn ilin yayında bitəcək.
İdman.biz