Kristian Kivu Çempionlar Liqasında son mövsümün finalında uduzan "İnter"in baş məşqçisi təyin olunub.
İdman.biz xəbər verir ki, bu barədə Milan klubundan rəsmi açıqlama yayılıb.
Rumıniyalı mütəxəssislə 2027-ci ilin iyuluna kimi müqavilə imzalanıb. 44 yaşlı Kivu 2025-ci ilin fevralında "Parma"nın baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında İtaliya çempionatında 13 oyun keçirən komanda 3 dəfə qalib gəlib, 3 dəfə uduzub, 7 dəfə heç-heçə edib.
Qeyd edək ki, Kivu futbolçu kimi 2007-2014-cü illərdə "İnter"də çıxış edib. 2018-2024-cü illərdə "Nerazurri"nin yeniyetmələr komandalarını çalışdırıb.
İdman.biz