Bacco və Qvardiolanın çıxış etdiyi klub peşakar statusunu itirib

Xəbərlər
9 İyun 2025 19:32
129
Bacco və Qvardiolanın çıxış etdiyi klub peşakar statusunu itirib

İtaliyanın ən qədim klublarından biri "Breşiya" peşəkar statusunu itirib.

İdman.biz xəbər verir ki, 114 yaşlı klub 3 milyonluq borc üzündən iflas elan olunub.

Son mövsümü B Seriyasında keçirən komanda son anda öz yerini qoruya bilmişdi. Amma borclar üzündən klubun hesabında 4 xalın silinməsi "Breşiya"nı C Seriyasına düşməsinə gətirib çıxarıb. Nəticədə Breşiya təmsilçisi həm də peşəkar liqalardan kənarlaşdırılıb.

Qeyd edək ki, 90-cı illərdə "Breşiya"nın heyətində Roberto Bacco, Xosep Qvardiola və Andrea Pirlo kimi futbolçular çıxış ediblər.

İdman.biz