Mayk Menyanın "Çelsi" arzusu

Xəbərlər
5 İyun 2025 23:21
46
Mayk Menyanın "Çelsi" arzusu

"Milan" qapıçısı Mayk Menyan karyerasını İngiltərədə davam etdirmək istəyindədir.

İdman.biz xəbər verir ki, o, milanlıları "Çelsi"yə keçmək arzusunda olması ilə bağlı xəbərdarlıq edib.

London klubu fransalı qapıçı ilə danışıqları yekunlaşdırıb. Amma "Milan"ın 30 milyon avro tələb etməsi "Çelsi"nin çətin vəziyyətdə qoyub. İngilislərin bu rəqəmi ödəmək arzusunda olmadığı bildirilib.

Qeyd edək ki, Menyan başa çatmış mövsümdə 52 oyunun 14-də qapısını toxunulmaz saxlayıb. Onun "Milan"la 2026-cı ilin yayına kimi müqaviləsi var.

İdman.biz