May ayında 58 danışılmış oyun qeydə alınıb

Xəbərlər
3 İyun 2025 18:34
49
May ayında 58 danışılmış oyun qeydə alınıb

United Lotteries for Integrity in Sports (ULIS) təşkilatı danışılmış oyunlarla bağlı aylıq hesabatı təqdim edib.

İdman.biz xəbər verir ki, may ayında 58 şübhəli hadisəyə rast gəlinib.

Bu oyunlardan 54-ü, yəni 93 faizi futbolda qeydə alınıb. Üç görüşə kiberidmanda, bir matça isə basketbolda rast gəlinib. Aprelə müqayisədən şübhəli hadisələrin sayı 124-dən 58-ə kimi azalıb. Ən çox danışılmış oyun Avropada qeydə alınıb - 21. Bu rəqəm Asiyada 17, Cənubi Amerikada 10, Avstraliya və Okeniyada 9, Afrikada 2, Şimali Ameikada 1-ə bərabər olub.

ULIS şübhəli oyunlarla bağlı 6 məlumatı oyundan əvvəl, 28-nə matçın gedişində, 24-ü barəsində isə görüş başa çatdıqdan sonra məlumat daxil olub.

İdman.biz