Alleqri seçim qarşısında: "Milan", yoxsa "Napoli"

Xəbərlər
28 May 2025 21:54
36
Alleqri seçim qarşısında: "Milan", yoxsa "Napoli"

İtaliyalı mütəxəssis Massimiliano Alleqri iki yerli klubla danışıqlar aparır.

idman.biz xəbər verir ki, "Milan" və "Napoli" onun əməkdaşlıq etmək arzusundadır.

Milanlılar Alleqriyə ilə 3,5 milyon məvacib və bonuslarla birlikdə 3 illik müqavilə təklif ediblər. Amma məşqçi 5 milyon mükafat tələb edib.

Neapolluarın təklifi isə daha cəlbedicidir: İkiillik müqavilə və 6 milyon avro maaş. Sadəcə "Neapol"un baş məşqçisi Antoni Kontenin gələcəyi ilə bağlı qərar verməməsi Massimilianonun çətin vəziyyətdə qoyub.

Qeyd edək ki, qarşıdakı iki gündə Alleqrinin "Milan"la anlaşması gözlənilir.

İdman.biz