Səudiyyə Ərəbistanı DÇ-2034-də spirtli içkilərə icazə verməyə hazırlaşır

Xəbərlər
26 May 2025 22:40
66
Səudiyyə Ərəbistanı DÇ-2034-də spirtli içkilərə icazə verməyə hazırlaşır

Səudiyyə Ərəbistanı hökuməti DÇ-2034 zamanı spirtli içkilərin satışına icazə verməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat yer alıb.

Turnir zamanı turistlər üçün təyin olunmuş məkanlarda alkoqollu maddələrin satışı və qəbuluna icazə veriləcək. Çempionat zamanı təxminən 600 belə zonanın təşkili nəzərdə tutulub. Amma Səudiyyə Ərəbistanında ictimai məkanlar, evlər və mağazalarda qadağalar əvvəlki kimi qüvvədə qalıb.

Qeyd edək ki, Asiya ölkəsində spirtli içkilərə qadağa 1952-ci ildən tətbiq olunur.

İdman.biz