Niko Uilyams "Real"a keçir

Xəbərlər
21 May 2025 02:31
30
Niko Uilyams "Real"a keçir

"Real"ın "Atletik"də çıxış edən Niko Uilyamsla anlaşdığı xəbərləri yayılıb.

İdman.biz xəbər verir ki, Madrid klubu futbolçunun müqaviləsindəki 58 milyon avro sərbəst qalma maddəsini aktiv etməyi planlaşdırır.

Niko ilə "Barselona" da marqlanır. Kataloniyalılar ötən mövsümdə 22 yaşlı futbolçunun keçidini həll edə bilməmişdilər. İspaniya yığmasının üzvü növbəti futbol ilinə "Real"da başlayacağı gözlənilir. Onun Bilbao təmsilçisi ilə 2027-ci ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, Uilyams 2024/2025 mövsümündə 44 oyunda 11 qol və 7 ötürmə ilə yadda qalıb.

İdman.biz