"Kral KEV"lə VİDA - FOTO

Xəbərlər
21 May 2025 01:46
29
"Kral KEV"lə VİDA - FOTO

"Mançester Siti"nin ulduz futbolçusu Kevin De Bruyne "Etihad Stadium"da son matçını keçirib.

İdman.biz xəbər verir ki, komandanın azarkeşləri belçikalı yarımmüdafiəçi ilə vidalaşıblar.

Fanatlar İngiltərə Premyer Liqasının 37-ci turunun "Bornmut"la görüşündə De Bruyne üçün "Kral KEV" şüarı açıblar. Futbolçu meydana övladları ilə çıxıb və uzun müddət azarkeşlərin alqışını qazanıb.

Qeyd edək ki, Kevin "Mançester Siti"nin heyətində 6 dəfə İngltərə çempionu olub,1 dəfə isə Çempionlar Liqası kubokunu qazanıb.

İdman.biz