"Barselona" Rafinya ilə yeni müqavilə imzalayacaq.
İdman.biz xəbər verir ki, tərəflər bununla bağlı danışıqları yekunlaşdırıblar.
Braziliyalı cinah hücumçusu ilə müqavilənin müddəti bir il artırılacaq. Yeni razılaşma 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, 28 yaşlı ulduz bu mövsümdə 56 oyunda 34 qol vurub, 25 ötürmə verib. O, İspaniya çempionu, kuboku və Superkuboku titullarını qazanıb.
İdman.biz