"Barselona" 34 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalayır

Xəbərlər
20 May 2025 19:17
36
"Barselona" 34 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalayır

"Barselona" İniqo Martineslə yeni müqavilənin danışıqlarını bitirmək üzrədir.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

34 yaşlı müdafiəçi ilə gələn ilin yayında bitəcək müqavilənin bir il müddətinə uzadılması nəzərdə tutulub. Komandanın baş məşqçisi Hans-Diter Flik də İniqo ilə əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır. O, gənc Pau Kubarsi ilə müdafiənin mərkəzində etibarlı tandem təşkil edirlər.

Qeyd edək ki, Martines başa çatmaqda olan mövsümdə bütün turnirlərdə 46 oyunda meydana çıxıb. O, bu görüşlərdə üç qol və altı ötürmə ilə fərqlənib.

İdman.biz