Mateus Kunya "qırmızı şeytan" olacaq

Xəbərlər
19 May 2025 20:19
31
Mateus Kunya "qırmızı şeytan" olacaq

Mateus Kunya növbəti mövsümə "Mançester Yunayted"də başlaya bilər.

İdman.biz xəbər verir ki, "qırmızı şeytanlar" onun çıxış etdiyi "Vulverhempton"la danışıqları yekunlaşdırmaq üzrədir.

Braziliyalı yarımmüdafiəçi Mançester təmsilçisinin təklfini qəbul edib. Yaxın günlərdə tərəflərin rəsmi açıqlama yayması gözlənilir. Transferin dəyəri 62,5 milyon funt setrlinq olacaq.

Qeyd edək ki, Kunya bu mövsümdə meydana çıxdığı 34 qarşılaşmada 15 qol və 6 ötürmə ilə yadda qalıb. Onun "Vulverhempton"la 2029-cu ilin yayına kimi müqaviləsi var.

İdman.biz