"Milan" Serjio Konseysao ilə vidalaşacaq

Xəbərlər
15 May 2025 21:58
37
"Milan" Serjio Konseysao ilə vidalaşacaq

Serjio Konseysao mövsümün sonunda "Milan"ın baş məşqçi vəzifəsini tərk edəcək.

İdman.biz xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Milan"ın rəhbərliyi portuqaliyalı mütəxəssislə əməkdaşlığa son verəcək. Ötən ilin sonlarında Paolo Fonsekanı əvəzləyən Konseysaonin iş metodu onları razı salmayıb.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis qısa müddətdə "Milan"a İtaliya Superkuboku titilunu qazandırıb. Komanda dünən onun rəhbərliyi ilə ölkə kubokunun finalında "Bolonya"ya uduzub. "Rossoyenerilər" A Seriyasında 36 turdan sonra 60 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz