"Hamburq" 8 ildən sonra Bundesliqada

Xəbərlər
11 May 2025 01:48
35
"Hamburq" 8 ildən sonra Bundesliqada

Futbol üzrə Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub.

İdman.biz xəbər verir ki, "Hamburq" növbəti mövsümdə yüksək liqada oynamaq hüququ əldə edib.

Hamburqlular 2-ci Bundesliqada sona bir tur qalmış bu vəzifənin öhdəsindən gəliblər. 59 xal toplayan komandanı 3-cü pillədən 4 xal ayırır. "Hamburq" 8 ildən sonra güclülər dəstəsinə vəsiqə qazanıb.

Qeyd edək ki, komanda 2017/2018 mövsümünün yekunlarına görə aşağı liqaya yuvarlanmışdı.

İdman.biz